Azərbaycan XİN britaniyalı nazir Heyqlə görüş barədə məlumatda bu 2 sahənin müzakirə olunduğunu niyə yazmayıb?
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Londonda britaniyalı həmkarı Uilyam Heyqlə görüşüb.
Görüş barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Tweeter hesabında yayılan məlumata görə, nazirlər Qarabağ münaqişəsini, Azərbaycanda keçiriləcək prezident seçkiləri və insan haqlarının vəziyyətini, iqtisadi-ticəri və beynəlxalq məsələləri müzakirə ediblər.
Maraqlıdır ki, görüş barədə Azərbaycan XİN-in yaydığı məlumatda seçki və insan haqları məsələlərinin müzakirə olunduğu əksini tapmayıb. XİN-in məlumatında göstərilir ki, nazirlər iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri, BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil olan aktual mövzular, Azərbaycanın energetika sahəsində rolu, Əfqanıstanda NATO əməliyyatına verdiyi töhfə, Böyük Britaniya ilə investisiya, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq və Qarabağ münaqişəsinin nizamlanması haqqında danışıblar.
azadliq.info