Suriyanın yüksək çinli məmuru müxalifətçilərin tərəfinə keçdi

Suriyanın Hələb ətrafında kimyəvi silahdan istifadəni araşdıran yüksək çinli məmuru müxalifətçilərin tərəfinə keçib.

ANS PRESS “BBC”yə istinadən bildirir ki, o, yaxın saatlarda İstanbulda mətbuat konfransı keçirəcək.

Məlumata görə, adı açıqlanmayan həmin məmur daha əvvəl Hələbdə məhkəmə-tibbi ekspertiza bölməsinə rəhbərlik edirmiş.