Əfv Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əfv məsələləri ilə bağlı bir sıra vacib məqamlar müzakirə olunub.

Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə geniş açıqlamalar veriləcək. 

Komissiya üzvü, deputat Elmira Axundova da APA-ya açıqlamasında bu gün iclasın keçirilməsini və əfv ilə bağlı məsələlərin müzakirə olunmasını təsdiqləyib.