ACP lideri Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi naməlum şəxslərin hücumuna məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, 3 sentiyabr saat 01.25 radələrində ACP liderinin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu evlərinin yaxınlığında naməlum şəxsin gözlənilməz hücumu ilə üzləşib.
Bu barədə məlumat verən Ağasif Şakiroğlu naməlum şəxsin müxalifət liderlərini söyə-söyə ona hücum çəkdiyini bildirib: “Hücum edən şəxs “sizə imkan verməyəcəyik, bir müəllim prezidentimiz çatmırdı, Elçibəyi gördük” sözlərini dəfələrlə təkrar edərək, Milli Şuranın rəhbərliyinə daxil olan müxalifət liderlərini və Milli Şuranın prezidentliyə vahid namizədini etikadan kənar sözlərlə təhqir edərək üzərimə hücum etdi”.
Ağasif Şakiroğlu ətrafda olan şəxslərin və tanışlarının köməkliyi ilə ona hücum edənin əlindən yaxa qurtararaq hadisə yerindən uzaqlaşıb.
Ağasif Şakiroğlu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyə hazırlaşdığını bildirib.
Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsinə hücum olub
•