Şəhid valideynləri Müdafiə Nazirliyinin avtomobilinə hücum çəkdilər

Sentyabrın 3-ü axşam saatlarında Bakıda  Müdafiə Nazirliyinin yüksək  rütbəli əməkdaşının avtomobilinə bir qrup övladlarını itirmiş əsgər valideynləri hücum ediblər. Avropa.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı şəhəri Səməd Vurğun küçəsi 14 -də yerləşən Zabitlər Evinin qarşısında Müdafiə Nazirliyinə məxsus 0090 MN dövlət nişanlı  Mersedes markalı  avtomobilin qarşısını kəsən bir qrup  övladlarını itirmiş  valideynlər  maşını təpikləməyə başlayıblar. Onlar “Övladlarımızı qaytarın” , ” Onları siz öldürmüsüz” kimi şuarlar səsləndiriblər. Hadisə yerinə  cəlb olunmuş  polisin köməkliyi ilə  əsgər valideynlərini ərazidən uzaqlaşdırmaq mümkün olub. Avtomobilin  Müdafiə Nazirliyində hansı rütbəli məmura məxsus olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Polis hər hansısa  açıqlama verməkdən imtina edib.