Alman kəşfiyyatı da Əsədi “vurdu”

“Kimyəvi silahı hökumət qüvvələri işlədib…”

“Dəməşq yaxınlığında kimyəvi silahın işlədilməsinə görə məsuliyyəti Suriya hökuməti daşıyır”. Belə bir açıqlamanı bu gün Almaniyanın Federal Kəşfiyyat Xidməti ((BND). yayıb.

BBC alman KİV-lərinə istinadən xəbər verir ki, Bundestaqın qapalı iclasında BND-nin rəhbəri Livanda mənzillənən və Bəşər Əsəd rejiminin müttəfiq olan  “Hizbullah”ın yüksək çinli təmsilçisinin verdiyi məlumatın ələ keçdiyi barədə məruzə edib. Məlumatda zəhərli kimyəvi qazın hökumət qüvvələri tərəfindən tətbiq edildiyi etiraf olunur.

Xidmətin başçısı əldə edilən kəşfiyyat bilgilərinə görə, istifadə olun qazın zarin olduğunu da söyləyib.