İTV-də daha bir neçə nəfər işdən çıxarıldı

İctimai televiziyada daha bir neçə nəfər işdən azad edilib. Moderator.az-ın televiziyadakı mənbələrə istinadən verdiyi xəbərə görə, telekanalın baş direktorunun müavini Oqtay Bayramov və  xəbərlər departamentinin rəhbəri İlham Sərxan vəzifəsindən azad edilib.
Bundan başqa, İTV-nin Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğu da işdən çıxarılıb. Sonuncu işdən çıxarıldığını “AzNews.az”a təsdiqləsə də, əlavə heç nə deməyib.