“The California Courier” jurnalın direktoru İlham Əliyevin Ermənistan üçün niyə sərfəli olduğunu yazdı
ABŞ-ın Kalirfoniya Ştaında yayımlanan “The California Courier” jurnalın direktoru Harut Sasunyan Azərbaycandakı prezident seçkilərində İlham Əliyevin qalib gəlməsinin Ermənistan üçün faydalı olduğu haqda məqalə yazıb. Sasunyan məqaləsinin əvvəlində Ermənistan prezidenti Serj Sərkisyanın bir müddət əvvəl jurnalistlərin bu xüsusda verdiyi suala cavabını xatırladır. Qeyd edir ki, Sərkisyan Azərbaycanda yenidən İlham Əliyevin prezident seçilməsinin Ermənistana sərfəli olduğunu deməkdə haqlıdır. Daha sonra müəllif Ermənistan prezidentini bu məsələdə nəyə görə haqlı saydığını əsaslandırır. Onun gətirdiyi arqumentlər bunlardan ibarətdir:
– İlham Əliyev bütün dünyada avtoritar, korrupsyalaşmış, insan haqqlarına daim təcavüz edən zəif bir lider kimi qəbul edilib.
– İlham Əliyev ölkəsinin neft gəlirlərinin böyük bir hissəsini özünün, ailəsinin və yaxınlarının varlanmasına sərf edib.
– İlham Əliyev silah alınmasına milyardlarla dollar pul xərcləsə də, Qarabağın bir santimetr torpağını da azad eləməyib.
– İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycan üçün öhdəlik, Ermənistan üçün isə bir fürsətdir.
– Əgər İlham Əliyev seçkiləri uduzsa, seçilmiş yeni prezident daha effektiv lider ola bilər və Artsaxın (qondarma Dağlıq Qarabağ Respublikası – red.), Ermənistanın təhlükəsizliyinə açıq təhdid yaradar.
Nəhayət, Sasunyan belə hesab edir ki, Sərkisyan öz bəyanatı ilə Azərbaycanın ictimai fikrini dolaşdırıb və bu, Ermənistanın xeyrinədir.
azadliq.info