ndi

Milli Demokratiya İnstitutu Bakıdan getməyəcək

Təşkilat onu müdafiə edənlərə təşəkkürünü bildrdi

 

ABŞ Milli Demokratiya Institutu bəyanat yayaraq, Bakıdakı ofisinin bağlanması haqda məlumatları təkzib edib. MDI-nin “Turan”a daxil olmuş press-relizində deyilir ki, KIV-in son günlər yaydığı məlumatlara baxmayaraq, MDI-yə Bakıdakı ofisini bağlamaq təklif olunmayıb.
“Martın 7-də Azərbaycan Ədliyyə Nazirliyi MDI-yə dövlət qeydiyyatından keçmək zərurəti haqqında məktub göndərib.
MDI ABŞ səfirliyinin əməkdaşları ilə birlikdə bu məsələni Azərbaycan hakimiyyəti ilə razılaşdırmağa çalışır və problemin tezliklə həll ediləcəyinə ümid edir.
MDI bu günlərdə verdikləri dəstəyə görə hər kəsə təşəkkür edir”, deyə press-relizdə vurğulanır.
Qeyd edək ki, MDI Azərbaycanda demokratiya və vətəndaş cəmiyyəti sahəsində çoxsaylı layihələr həyata keçirən fəal təşkilatlardan biridir. Son illər rəsmi Bakı MDI-nin müxalifət partiyalarına qrantlar verməsindən narazılıq edir, bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir.