Qələndər Muxtarlı prokurorluğa çağırıldı

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü, “Azadlıq” qəzetinin əməkdaşı Qələndər Muxtarlı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. İdarədən Q.Muxtarlıya deyiblər ki, çağırılmasında məqsəd bu ilin əvvəlində İsmayıllıda baş vermiş kütləvi etirazla bağlı onu dindirməkdir. Bu, onunla əsəslandırılır ki, Q.Muxtarlı da həmin hadisələr vaxtı İsmayıllıya səfər edib.

Daha ətraflı məlumat verəcəyik.