“Nokia” şirkəti satıldı

Finlandiyanın dünyada ən məşhur şirkəti olan mobil aparat istehsalçısı “Nokia” satılıb.
 
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ağıllı cib telefonları dövründə güclü rəqibləri ilə rəqabətdə uduzan “Nokia” 7.2 milyard dollara “Microsoft” şirkətinə satılıb.