Qarabağ tarixini yazan soylardan biri

Mirzə Camal Cavanşir Qarabağinin varisləri

Azərbaycan tarixində görkəmli simaları ilə tanınmış məşhur nəsillər haqqında vaxtaşırı yazılar təqdim edirik. Belə nüfuzlu soylar sırasında kökünü Mirzə Camal Cavanşir Qarabağidən götürən Vəzirovlar da var.

Mirzə Camal Cavanşir Qarabaği Ibrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirinÿbaş vəziri olmuşdur. O zamana qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar soyadını həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisi oğlanlarının törəmələri daşıyırlar. Bu soyu təmsil edən çox sayda sərkərdə, dövlət xadimi, ziyalı Azərbaycanın ictimai-siyasi həyatında öz rollarını oynamış şəxslərdir. 

Mirzə Camal bəy Məhəmmədxan bəy oğluÿ Cavanşir 1773-cü ildə Hacılı icmasında, ÿGecəgözlüÿ obasında anadan olmuşdur. Onun atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Camal bəy buradaÿ mədrəsə ÿtəhsili almışdı. O, bir neçə dil öyrənmişdi. Ədəbiyyatçı Adolf Berje onun haqqında belə yazırdı: “Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı.” Öz dövrünün dünyagörüşlü və savadlı şəxslərindən sayılan Camal bəy Mirzə ünvanını daşıyırdı. O, divanda katib işləyirdi. Bu dövrdə xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar.

Vəzirovlar soyunun araşdırıcısı Ənvər Çingizoğlu Mirzə Camaldan başlayaraq nəslin bütün görkəmli şəxslərinin həyatı haqqında bilgi toplamışdır. 1797-ci ildəÿxanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşirin göstərişi ilə baş vəzir ÿMolla Pənah Vaqif öldürüldü.ÿBeləliklə, Ibrahimxəlil xanÿqaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələnəndən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi. Bundan sonra 1822-ci ildə xanlıq ləğv edildikdə, Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. O, on səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı,ÿ1840-cı ildə istefaya çıxdı.

Deputatlığa namizəd…

Bundan sonra Mirzə Camal bəy tibb elmini gözəl bildiyindən, həkimliklə məşğul olmağa başladı. O, xalq təbibi kimi ömrünün sonuna qədər adamları pulsuz müalicə etdi. Zəngin mülkədar olan Mirzə Camal bəyin Qarabağın əksər mahallarında mülkləri vardı.ÿO, 1842-ci ildə Qarabağdan deputatlığa namizəd veriləndə Şuşanın Cavanşir bəyləri Mirzə Camal bəyi, Kəbirli bəyləri Rəhim bəyi seçmək istəmişdilər. Aralarında razılığa gələ bilməyən tərəflər bu seçkini böyüdüb münaqişəyə çevirmişdilər. Bu hadisə o dövrün ziyalılarının yazışmalarında da öz əksini tapmışdı. Həmin hadisə ilə bağlı Baba bəy Şakir qohumu Qasım bəy Zakirə yazırdı:

 

Bir parası mümtaz edib Camali,

Qədimi adamdır, hər işdən hali,

Bir parası deyib yoxdu kamali,

Rəhim bəydir edən həlli-müşkülat.

 

Buna cavab olaraq Qasım bəy Zakir də Şuşa şəhərində deputatlıq üstündə gedən dava-dalaş haqqında fikir söyləmişdi:

 

Cavanşir bir dəstə, Kəbirli bir part.

…Naxçıvan sağında, Şirvan solunda,

Hər vilayət təriqində, yolunda,

Mən bilirəm Xındırıstan kolunda,

Bir ölkədən olmaz iki deputat…

 

Mirzə Camal bəyÿCavanşir 1853-cü ildə vəfat edib.

Bir sıra tarixi mənbələrə imza atan Mirzə Camal bəy Cavanşir Qarabaği tarixçi idi. O, 1815-ci ildə “Iran tarixi haqqında qısa icmal”, 1847-ci ildə isə Qarabağın siyasi olaylarından bəhs edən “Qarabağ tarixi” adlı tarixi əsər yazmışdı. Mirzə Camal bəyin zəngin kitabxanası olub.

Vəzirovların daha bir tanınmış siması Məşədi Mahmud bəy Vəzirovdur. O,ÿ1839-cu ildə ÿŞuşaÿ şəhərində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Tacirliklə məşğul idi.ÿOrta Asiyaÿ və ÿIranın bir çox şəhərlərini gəzmişdi. Aşqabadda yaşayıb ticarətini davam etdirmişdi. Məşədi Mahmud bəyin şairliyi də vardı. Mahmud imzası ilə klassik üslubda, türk və fars dillərində yazıb-yaratmışdır. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə “Riyazül-aşiqin” adlı əsərində ondan bəhs etmişdir. Məşədi Mahmud bəy haqqında təzkirəçi Mir Möhsün Nəvvab məşhur əsəri “Təzkireyi-Nəvvab”da bəhs etmişdir. Nəvvab yazır: “Mahmud bəy Kazım bəyin oğlu, o da Məhəmmədxan bəyin oğludur. Qarabağ əhalisindəndir, yaşı təqribən əlli beş olar. Peşəsi tacirlikdir. Qaməti düz, bir qədər yoğun, burnu yekə, gözləri zəif, özü deyib, özü güləndir. Indi ki, 1309-cu ildir, Xorasan və Aşqabadda alver edir. Bəzən şeir də deyir. Şair və dərvişlərlə ünsiyyəti var. Aşağıdakı şerlər onundur. Təxəllüsü yoxdur. Şeirləri öz adıyla deyir. Divanı yoxdur. Mahmud bəyin vəfat tarixi 15 səfər 1320-ci ildir – 1902-ci il”.

Könül, “Beyti-Səfa”dan vaizda beyti-səfa olmuş,

Səfa yadilə nuş etmək meyi-safi həram olmaz.

Məlamət yoxdu Məhmudə, qulama gər qulam oldu,

Fəzayi-eşqdə hərgiz vücudi-nəngü nam olmaz.

Soyun şair və məmur övladları… 

Nəslin şairlərindən biri də Baxış bəy Səburdur.

Baxış bəy 27 avqustÿ 1863-cü ildə ÿŞuşa qəzasınınÿVərəndə sahəsininÿ Mirzəcamallıÿ(Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. O, bir müddətÿŞuşaÿ vəÿ Bakı ÿşəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın ÿDaşkəndÿ şəhərinə köçmüşdü. O zaman Daşkənd şəhərindəÿ Salman Mümtazın yazdığına görə, “maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur”. Baxış bəy Səburÿ1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Mir Möhsün Nəvvabÿonun haqqında öz təzkirəsində yazır: “Baxış bəy Əsəd bəyin oğludur. Qarabağınÿ Şuşa ÿəhalisindəndir. ÿBəhram bəy Fədainin ÿkiçik qardaşı, Asinin bacısı oğlu və Zakirin nəvəsidir. 28 yaşlı xoşəhval bir cavandır. Farsca və rusca savadı var. Şeirdə təzədir… Təxəllüsü Səburdur”.

Vəzirovların parlaq simalarından biri də Zeynalabdin bəy Vəzirovdurÿ (1854-1933). O,ÿ Azərbaycan Demokratik Respublikasının parlamentinin ÿüzvü olmuşdur. Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu ÿ1854-cü ildəÿ Şuşaÿ şəhərində anadan olmuşdu. O, Rus-tatar məktəbini bitirərərk, Yelizavetpol (Gəncə) şəhər qəza məhkəməsində çalışmışdı. Sonra ordanÿ Qarsÿhərbi qubernatorunun dəftərxanasına kargüzar vəzifəsinə dəyişilmişdi. Bir müddət orda xidmət etdikdən sonra Gəncəyə qayıtmışdı. Gəncə şəhərində dilmanc işləmişdi. Burada da bir müddət çalışdıqdan sonraÿ Şuşaÿ şəhərinə dönmüşdü. Şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdı.

Zeynalabdin bəy işində göstərdiyi uğurlara görəÿCəbrayıl qəzasına vəzifəyə göndərilmişdi. Bir müddət də burda çalışdıqdan sonra dəyişilib, həmin vəzifədə Nuxa və Şuşa qəzalarında fəaliyyət göstərmişdi. O, 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdı.

Zeynalabdin bəy 1933-cü ildəÿ Bakı ÿşəhərində vəfat edib.

O, Həşim bəy Vəzirovunÿqızı Dürnisə xanımla ailə qurmuşdu. Allahyar bəy, Aslan bəy, Həmid bəy adlı oğulları, Rəna xanım və Leyla xanım adlı qızları vardı.

Zeynalabdin bəyin müxtəlif rütbələri və təltifləri vardı. Işindəki uğurlara görə “III Aleksandr” gümüş medalı ilə təltif olunmuşdu.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir