Beyindən beyinə informasiya ötürüləcək (video)

Alimlər beyindən beyinə informasiyanıın ötürülməsi sistemini yaradıb

Vaşinqton universitetinin araşdırmaçıları bir nəfərin internetlə siqnal ötürməklə digərinin hərəkətinə nəzarət etmək imkanı verən sistem yaradıb. Artıq bu sistem təcrübədən keçirilib. Bir qədər əvvəl digər araşdırma qrupu iki siçan arasında «telepatik əlaqə»yə, həmçinin insanın siçana nəzarətinə nail olub. Lakin operativ müdaxiləyə ehtiyacı olmayan iki adam arasında «beyinlərarası interfeys» ilk dəfədir nümayiş etdirilir. 

Hollandiyalı alimlər isə insan fikirlərinin oxunmasına nail olmaq niyyətindədir və artıq bu istiqamətdə müəyyən nailiyyətlər də əldə edilib. Neymeqen universitetinin alimləri insan fikirlərini skayner edə biləcək yeni metodika icad ediblər. 

azadlıq.info