“Mənim problemimlə heç kim maraqlanmır. Etdiyim şikayətlərin, yazdığım ərizələr baxılmadan dəftərxanaya atılır. Bütün qurumlara müraciət emişəm. Ancaq heç bir nəticəsi yoxdur. Əksinə, təhdidlərin, təqiblərin sayı gündən-günə artır” – bu sözləri “Azadlıq”a iş adamı Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin bacanağı Emil tağıyevdən iki dənə mənzil alıb: “İki mənzilə 355 min manat pul ödədim. Bir müddət sonra isə bu mənzillər başqasına verildi. Bunu satan sə Hacı İbrahimin adamları oldu. Bir sözlə o bacanağının verdiyi sənədi qanunsuz hesab etdi”.
Əlində aldığı mənzillərin sənədi, ödədiyi pulların qəbzi olduğunu bildirən sahibkar onu da qeyd etdi ki, məsələ ilə bağlı məhkəmə də olub: “Ancaq məhkəmə Hacı İbrahimin xeyrinə qərar çıxardı”.
Hər yerdən əli üzülən Elşad Məmmədov son ümid yeri kimi mətbuata üz tutub: “Düşündüm ki, mətbuatda problemlərimi işıqlandırmaqla Hacı İbrahimdən hala pulumu ala bilmərəm. Ancaq bilməzdim ki, burada da onun adamlarl var. Özünü müxalif mövqeli mətbu orqan adlandıran, müstəqil olduğunu iddia edən bəzi qəzetlər hacı İbrahimin vəkili rolunda çıxış edirlər. Onlara etdiyim müraciətlərin heç biri dərc olunmadı. Əksinə, Hacı İbrahimin yalanlarına yer ayırdılar. “Avesta”nın prezidenti söylədikləri çap olundu, ancaq mənim fikirlərimi öyrənmədilər. Guya mən Hacı İbrahim üçün iş görməliydim və buna görə mənzili veriblər. Bu da olmadığı üçün evi əlimdən alıblar. Bütün bunlar yalandır. Mənim Hacı İbrahimlə heç bir bağlılığım yoxdur, nə də alış-veriş etmişəm. Sadəcə, pulumu ödəyim, qayda-qanunla mənzil almışam. Onu da mənə vermirlər”.
Sahibkar Hacı İbrahimdən pulunu ala bilməyəcəyi təqdirdə Avropa Məhkəməsinə üz tutacağını söylədi: “İstəməzdim ki, ölkəmizin adı daha bir qalmaqalda hallansın. Ancaq hala haqqımı tələb etmək də israrlıyam. Pulum yoxdur. Olan var-dövlətimi o iki mənzilə vermişdim. İndi ailə üzvlərimlə birlikdə kirayələrdə qalmışam. Avropa Məhkəməsinə qədər gedib pulumu alacam. Azərbaycan məhkəmələri haqqı tapdalayır. Bu üzdən də hüququmu məcbur olub ölkədən kənarda axtaracam”.
Ramin DEKO