“Bəşər Əsəd cəzalandırılmalıdır”

ABŞ Suriyaya qarşı “məhdud” addımları nəzərdən keçirir

Prezident Barak Obama ABŞ əsgərinin Suriyaya ayaq basmayacağını deyərək uzun müddətli müdaxilə əməliyyatının nəzərdən keçirilmədiyini vurğulayıb. Bununla yanaşı ABŞ lideri Suriyadakı kimyavi hücuma qarşı “məhdud” cavab addımlarının nəzərdən keçrildiyini deyib. Obamanın sözlərinə görə Bəşər Əsəd “dəhşətli” həmləyə görə cəzalandırılmalıdır. Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri kəşfiyyat məlumatlarına istinad edərkən Dəməşq yaxınlığında avqustun 21-də həyata keçirilən kimyavi zərbə nəticəsində 1429 öldürüldüyünü deyib. Ölənlərlərdən 426 nəfər uşaq olub. 
Fransa prezidenti Francua Oland deyib ki, Britaniya parlamentinin Suriya üzərinə zərbələr təşəbbüsünü rədd etməsinə baxmayaraq, Paris bu məsələdə öz sərt mövqeyini dəyişməyib.

BMT müfəttişləri

Hücumla bağlı xəbərlərin yayılması fonunda kimyavi silah barədə iddiaları araşdıran BMT müfəttişləri şənbə günü Suriyanı tərk edərək qonşu Livana gəliblər. Faktoplama missiyasını başa vuran müfəttişlər kimyavi silah iddiaları ilə bağlı hesabatı şənbə günü BMT rəhbərinə təqdim eməlidirlər. BBC müxbiri Kevin Connolly-nin Beyrutdan göndərdiyi xəbərdə deyilir ki, müfəttişlərin Suriyadan çıxması hücumla əlaqədar praktiki və siyasi maneələri aradan qaldırmış olur.