Cəmil Həsənli gələcəyə retrospektiv baxışla

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi statusunda dramaturq Rüstəm Ibrahimbəyovu əvəz edən tarixçi Cəmil Həsənli dərhal öz tərəfdarlarını 1918-1920-ci illərdəki ilk Azərbaycan Demokratik Respublikası Milli Şurasının rəhbəri Məmmədəmin Rəsulzadə və 90-cı illərin Xalq Cəbhəsi lideri, prezident Elçibəyin yolu ilə getməyə çağırdı.

Bununla Həsənli liberal Ibrahimbəyovdan fərqli olaraq istər-istəməz korrupsiyalaşmış və avtoritar Əliyev rejimi tərəfindən tapdalanmış “azadlıq, bərabərlik və qardaşlıq” ideyasının bərpasını arzulayan cəmiyyətin qarşıdakı mübarizəsinə milli-azadlıq tonu verdi.

Bu o deməkdir ki, Həsənli aparıcı müxalifət partiyalarının dəstəyi ilə öz seçkiqabağı yarışında oğurluq pullar və zorakılıq üzərində varlananların onlardan oğurlamaq istədiyi ləyaqətini qaytarmaq arzusunda olan insanların hisslərini də nəzərə alacaq. Məmurlar tərəfindən vətəndaşların heysiyyətinin təhqir olunmasına cavab olan son iki ilin kütləvi etirazları insanların ləyaqətinin oyandığını və cinayətkar elitanın öz xalqına qarşı etdiyi cinayətləri müşayiət edən azğın asan qazanc vəÿyalana son qoymaq arzusunu nümayiş etdirir.

Vəziyyətin təhlükəli olduğunu dərk edən prezident Ilham Əliyev vaxtaşırı məmurların təvazökar və nəzakətli olması mövzusuna qayıdır, onları sıravi vətəndaşları qıcıqlandırmamağa çağırır.

Təbiətcə həlim olan Həsənlinin prezidentliyə digər namizədlərlə müqayisədə daxili və xarici xarakterli iki üstünlüyü  var. Xalq Cəbhəsinin yüksək rütbəli funksioneri kimi böyük siyasi mübarizə baqajı olan ziyalı və iki dəfə deputat olan Həsənli ardıcıl olaraq siyasi kursun avtoritarizmdən demokratiyaya dəyişilməsi uğrunda daim mübarizə aparıb. Azərbaycanın 20-ci əsrin əvvəllərindəki faciəvi dövrünün araşdırıcısı kimi cəmiyyətin və ölkənin problemlərini, böyük dövlətlərin maraqlarını hər kəsdən yaxşı anlayır. Beynəlxalq səviyyədə etiraf edilən “Cənubi Azərbaycan: ”soyuq müharibə”nin başlanması”, “SSRI-Türkiyə: ”soyuq müharibə” arenası” kimi tədqiqatlar Həsənliyə imkan verir ki, müasir tendensiyalara retrospektiv mövqedən baxsın.

Bu faktlar Milli Şuranın Cəmil Həsənlini müxalifətin yeni namizədi kimi seçməsini izah edir. Bu o deməkdir ki, Milli Şura və onun namizədi Əliyevin az təsirli yalançı quruculuq kampaniyasına qarşı birinci respublikanın dəyərlərinə əsaslanan milli ideyanın qoyulması xəttini tutacaq. Demokraktların bu ideyası həm müxalifət, həm də bütövlükdə cəmiyyətə aydındır.

Buna görə Həsənlinin xətti milli ideyanı formalaşdırıb geniş elektorata aydın, anlaşıqlı dildə tarixi varislik və perspektivlər təklif edə bilər. Bu isə qarşıdan gələn prezident seçkilərinin həlledici mərhələsində birləşdirici amil ola bilər.

Həsənlinin və Milli Şuranın bütün bu üstünlükləri elektorat fəallığın dəyişikliklər istiqamətində irəliləməsinə imkan verir. Gözləmək olar ki, ilk Azərbaycan Xalq Respublikasının milli himni və üçrəngi bayrağın sədası ilə tərbiyə alan müasir cəmiyyət şüurlu, yaxud şüursuz şəkildə demokratik qüvvələrin çağırışına hay verəcək və kütləvi şəkildə rejimə qarşı səs verəcək. Onun kimə səs verəcəyi isə artıq aktuallığını itirir.

Turan Analitik Xidməti