Tomas Melia İlqar Məmmədovla görüşmək istəyir

Amerika dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Tomas Melia sentyabrın əvvəlində Bakıya nəzərdə tutulan səfəri zamanı REAL Hərəkatının lideri İlqar Məmmədovla istintaq təcridxanasında görüşmək üçün icazə verilməsi xahişi ilə Azərbaycan hökumətinə müraciət edib.

Bu barədə Turan-a məlumatlı mənbələrdən bəlli olub.

Mənbə hökumətin Meliaya hansı cavabı verdiyi barədə məlumatlı deyil.

Xatırladaq ki, T.Melia bu ilin aprelində Azərbaycana səfəri zamanı da Bakı İstintaq Təcridxanasında İlqar Məmmədovla görüşmək üçün hökumətə müraciət edib. Amma hökumət müraciətin hökumətə gec çatdığını əsas gətirərək, görüşə icazə verməyib.

Tomas Melia aprelin 18-də REAL hərəkatının ofisinə baş çəkib, İlqar Məmmədovun ailə üzvləri və REAL-ın icraçı katibi Natiq Cəfərli ilə görüşüb