Bunun üçün Ağdam təmsilçisninin sabah atılacaq püşkatmada bəxti gətirməlidir
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun qonağı olub. Bakıda keçirilən ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Ağdam təmsilçisi rəqib meydanında da məğlub oldu. Oyun “Ayntraxt”ın 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bununla belə “Qarabağ” pley-off mərhələsində məğlub olan digər komandalarla bərabər Avroliqanın qrup mərhələsinə düşmək şansının saxlayır. Belə ki, UEFA diskvalifikasiya edilmiş İstanbul klubu “Fənərbaxça”nı Avroliqanın qrup mərhələsində hansı klubun əvəzləyəcəyi ilə bağlı qərar çıxarıb və Avroliqanın pley-off mərhələsində uduzaraq mübarizəni dayandıran klublar arasından püşk nəticəsində qrupda yerini tutacaq komandanın müəyyənləşdirilməsi qərara alınıb.
azadlıq.info