Bakı meri ilə polis şefi arasında konflikt

Rafiq Abbasov Hacıbala Abutalıbovun iclaslarını niyə boykot edir?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov arasında narazılıq yaranıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, şəhərin polis rəisi icra başçısının keçirdiyi tədbirləri, müşavirələri də boykot edir. Artıq üçüncü dəfədir ki, Rafiq Abbasov Hacıbala Abutalıbovun rəhbərliyi ilə keçirilən iclasları boykot edib. Sonuncu toplantıda isə bu olay merin əsəbiləşməsinə səbəb olub. Belə ki, köməkçilərinə üzünü tutan mer “soruşun görüm, niyə iclaslara gəlmir, şəhər prokurorundan onun nəyi artıqdır” deyə əllərini masaya çırpıb.

Mənbə onu da bildirib ki, generalla mer arasındakı soyuqluğun səbəbi polis rəisinin yaxın qohumlarının inşa etdirdikləri yaşayış binasının qəbul aktının verilməməsidir.