Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasına qarşı iddiasina baxılacaq. Bu barədə vəkil Fuad Ağayev məlumat yayıb.
F.Ağayev öz bloqunda qeyd edib ki, günün birinci yarısında Rüstəm İbrahimbəyovun adından MSK-ya qarşı həmin qurumun qərarının ləğvi barədə iddia ərizəsini Bakı Apelyasiya Məhkəməsinə göndərib. Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hilal Xəlilovun katibi onunla əlaqə saxlayaraq məlumat verib ki, iddiaya adı çəkilən hakimin sədrlik etdiyi məhkəmə tərkibi avqustun 30-u saat 17.00-da baxacaq. “Nəticəsindən asılı olmayaraq proses maraqlı keçəcək. Buna əminəm”, – deyə vəkil əlavə edib.
Sabah Milli Şura sədrinin MSK-ya qarşı iddiasına baxılacaq
•