Günün ulduz falı (29.08.2013)

QOÇ

Bir çox işlərdə nəticə əldə etmək üçün əlverişli gündür. Bu səbəbdən məhsuldar gündür. Vacib informasiya alacaqsınız. Təhsilə başlamaq üçün əlverişli gündür. Ehtimal ki, gəliriniz olacaq. Alış-veriş uğurlu olacaq.

BUĞA

Sakit və məhsuldar gündür. Professional tapşırıqların öhdəsindən yaxşı gələcəksiniz. Heç kim sizin işgüzarlıq qabiliyyətinizə şübhə ilə yanaşmayacaq. Dostlarla planlaşdırılmamış görüş istisna deyil. Bu da sizi sevindirəcək, əhvalınız daha da yaxşılaşacaq.

 

ƏKIZLƏR

Hökumət orqanlarının nümayəndələri ilə təmas arzuedilməzdir. Yaxşı olar ki, boş vaxtınızı yaxınlarınızla keçirəsiniz. Çox adamın olduğu əyləncə mərkəzlərinə getməyiniz məsləhət deyil. Ümumilikdə qeyri-adi gündür. Sizə elə gələcək ki, həyatınızı kökündən dəyişmək iqtidarındasınız. Amma qərarsızlığınız buna mane olacaq.

XƏRÇƏNG

Yüngül, maraqlı və xoş gündür. Günün hadisələri əhvalınızı yüksəldəcək. Bu gün böyük alış-veriş üçün münasibdir. Mənzilinizin rahatlığı üçün lazım olan əşyaları almaq olar. Imiclə bağlı eksperimentlər aparmaq üçün də əlverişli gündür.

ŞIR

Ətrafınızda mənəvi dəstəyə ehtiyacı olanlar toplaşacaq. Gün yorucu olacaq, amma axşama qədər yaxşı əhvalınızı qoruyub saxlaya biləcəksiniz. Qarşınızda yeni perspektivlər açılacaq. Parlaq nəticə istisna deyil.

QIZ

Gün boyu özünüzə inamlı olacaqsınız. Yaxşı olar ki, günü ən yaxın ətrafla birlikdə başa vurasınız. Enerjili olacaqsınız. Mənzilinizi bəzəmək üçün əlverişli gündür. Evdə təmir işlərinə başlamaq üçün də münasib gündür.

TƏRƏZI

Tezliklə daha qiymətli əşyalara sahib olacağınıza şübhə ilə yanaşmadan artıq əşyalardan canınızı qurtaracaqsınız. Istənilən yaradıcı işə başlamaq üçün münasib gündür.  Romantik macəra da istisna deyil. Günün ikinci yarısını yaşlı qohumlarla keçirin.

ƏQRƏB

Sizin üçün tamamilə yeni olan işlə məşğul ola bilərsiniz. Bürcün nümayəndələri bu gün daha da cəlbedici görünəcəklər. Yola çıxarkən ehtiyatlı olun. Ulduzlar xoşagəlməz halla rastlaşacağınızı bildirir.

OXATAN

Maraqlı gündür. Yeni tanışlıq istisna deyil. Intellektinizlə bir çoxlarını özünüzə cəlb edəcəksiniz. Dost-tanış sizə yardım və məsləhətə görə müraciət edəcək. Diskussiyalarda dərin məntiqinizlə də diqqəti çəkəcəksiniz.

OĞLAQ

Günün birinci yarısı məhsuldar və maraqlı keçəcək. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Əgər fikir ayrılığı yaranarsa, diskussiyanı xoş müstəviyə yönəltməyi bacaracaqsınız. Günün ikinci yarısı daha ehtiyatlı olmalısınız. Diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Bu da səhvə yol verməyinizə şərait yaradacaq.

 

DOLÇA

 

Çox xoş gündür. Sizi xoş sürprizlər, gözlənilməz uğurlar  gözləyir. Son zamanlar sizi narahat edən məsələlər gözlənilmədən həllini tapacaq. Uzunmüddətli plan qurmaq mümkündür. Ev işlərilə məşğul olmaq, otaqda dəyişiklik etmək üçün əlverişli gündür.

BALIQLAR

Bu gün siz tez hirslənirsiniz və az sevinirsiniz. Xoş xəbər də istisna edilmir. Ətrafdakılar sizin əhvalınızı qaldırmağa çalışacaqlar. Bu gün kəskin ifadələrə yol verməyin, çünki sonradan peşmançılıq çəkə bilərsiniz. Maddi vəziyyətinizi düzgün qiymətləndirin. Cibinizə görə hərəkət edin.