YAP-çı deputat Mübariz Qurbanlı da sabiq naziri aşağıladı
Sabiq iqtisadi inkişaf naziri, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən Fərhad Əliyevin Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə bağlı açıqlamasına növbəti reaksiya YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlıdan gəlib. Mübariz Qurbanlı da Fərhad Əliyevin açıqlamasını sıravi vətəndaşın mövqeyi kimi qiymətləndirib. Hətta bir qədər də uzağa gedərək “Hakimiyyətin belə səslərə ehtiyacı yoxdur” deyib (gun.az).
Mübariz Qurbanlıdan əvvəl isə YAP-çı deputat Aydın Mirzəzadə Fərhad Əliyevin açıqlaması ilə bağlı oxşar fikirlər səsləndirmişdi. Beləliklə də, sabiq nazirin Ilham Əliyevə etdiyi jest birmənalı onun əleyhinə çevrilib.
Xatırladaq ki, Fərhad Əliyev həbsxanadan yaydığı açıqlamada bildirmişdi ki, Cəmil Həsənliyə böyük hörməti olsa da, prezident seçkisində Ilham Əliyevi dəstəkləyəcək.