“NİDA”çıların həbs müddəti uzadıldı

Avqustun 28-də Nəsimi Rayon Məhkəməsi “Nida” Vətəndaş Hərəkatının üzvləri Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun həbs müddətinin uzadılması ilə bağlı təqdimatlara baxıb. “Media forum” saytının məlumatına görə, məhkəmə hər üç gəncin həbs müddətinin 3 ay uzadılması barədə qərar çıxarıb.

Bəxtiyar Quliyev və Məmməd Əzizov martın 8-də, Rəşad Həsənov martın 14-də həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi gəncləri qanunsuz narkotik vasitə saxlama (Məmməd Əzizov) və qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə (Rəşad Həsənov, Bəxtiyar Quliyev) günahlandırır. Bu iş üzrə “Nida”nın daha 4 üzvü həbsdədir. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.