QOÇ
Pulla ehtiyatlı olun. Onu əlinizdə saxlaya bilməyəcəksiniz. Hesabda səhvə yol verə bilərsiniz. Bu üzdən gəliriniz gözlədiyinizdən az olacaq. Günün birinci yarısında edilən alış-veriş uğurlu olmayacaq. Işdə konflikt yaşana bilər.
BUĞA
Işləriniz yaxşı gedəcək, qarşınıza qoyduğunuz məqsədə nail olacaqsınız. Pulu asanlıqla xərcləyirsiniz. Təkcə özünüzün, ətrafdakıların da nazıyla oynaya bilirsiniz. Düzdür, bu gün əhəmiyyətli dərəcədə gəliriniz olacaq. Ancaq əliaçıqlığınız ucbatından çətin ki, əlinizdə pul qalsın.
ƏKIZLƏR
Gün ev qayğılarına həsr olunacaq. Yaxınlarınız diqqət tələb edəcək. Əvvəllər tez-tez mübahisə etdiyiniz yaşlı qohumlarla da yaxşı dil tapacaqsınız. Yaxşı olar ki, planlaşdırılmamış səfərdən uzaq durasınız. Professional tapşırığın öhdəsindən yaxşı gələcəksiniz.
XƏRÇƏNG
Günün emosional mənzərəsi sabit olacaq. Buna baxmayaraq, nikbinliyinizi qoruyub saxlayacaqsınız. Təsadüfi tanışlıq, başgicəlləndirən macəranın təməli qoyulan gündür. Aralarında soyuqluq yaşanan “Xərçəng”lərin də münasibətləri yaxşılaşacaq.
ŞIR
Darıxdığınız adamdan sevindirici xəbər alacaqsınız. Işdə maraqlı imkanlar yaranacaq. Yeni müttəfiq qazanmaq şansınız da var. Çalışın, bu gün qohumlarla münasibətiniz yaxşı olsun. Çünki bu gün mübahisə etsəniz, küsülülük uzun müddət davam edəcək.
QIZ
Çox işləyəcəksiniz. Rəhbərlik sizin böyük səylə işləməyinizi görəcək. Bunun müqabilində tezliklə mükafatlandırılacağınıza ümid etməyin. Ətrafdakılar sizinlə dərdini bölüşəcək. Həyat eşqiniz yüksək olacaq. Səhhətiniz də yaxşı olacaq.
TƏRƏZI
Qarşınızda duran işlər cari işlərdir. Bu səbəbdən də gün darıxdırıcı ola bilər. Sənədləşmə işi ilə məşğul olmaq olar. Yaxşı olar ki, boş vaxtınızı maraqlı bir işə, qeyri-adi əyləncəyə həsr edəsiniz. Bəzi “Tərəzi”lər özlərinə yeni məşğuliyyət tapacaqlar.
ƏQRƏB
Çox işiniz olacaq. Diqqətinizi toplaya bilməyəcəksiniz. Bir tərəfdən də çoxlarının sizin yardımınıza ehtiyacı var. Axşama doğru yorğunluqdan üzüləcəksiniz. Bu səbəbdən də səbirsiz və əsəbi olacaqsınız. Yaxınlarla aranızda boş yerə söz-söhbət yaşanacaq.
OXATAN
Bu gün daxil olan informasiyaya tez inanmayın. Hətta ulduzlar bildirir ki, məlumatı aldığınız mənbənin etibarlı olmasından asılı olmayaraq, informasiyanı yoxlamaq lazımdır. Işgüzar danışıqlar uğurludur. Bir az səbirli olsanız, nəticə əla olacaq. Bu gün eksperiment aparmayın.
OĞLAQ
Çətin işlərin öhdəsindən gəlmək üçün əlverişli gündür. Yaradıcı iş, elmi-tədqiqat işləri üçün uğurlu gündür. Intellektual potensialınız yüksək olacaq. Müşahidə etmək qabiliyyətiniz yüksək olduğundan rəqibləriniz üzərində qələbə çalacaqsınız. Şəxsi müstəvidə vəziyyət xoş olacaq.
DOLÇA
Çətin gündür. Gün sınaqlarla zəngin olacaq. Işdə konflikt yaranacaq. Həmkarlarla və rəhbərliklə dil tapmaq çətin olacaq. Həmişəkindən çox olacaq işiniz. Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki xəstəlik özünü göstərə bilər.
BALIQLAR
Bu gün asan olmayacaq. Günün emosional mənzərəsi sabit olmayacaq. Sizi sevməyənlər bundan istifadə edə bilərlər, ehtiyatlı olun. Yaxınlarla aranızda münaqişə baş verə bilər. Yaxşı olar ki, ailə-məişət məsələlərini bu gün müzakirəyə çıxarmayasınız.