Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təşəbbüs qrupunun Saatlıda yığıncağına icazə verilməyib.
AXCP üzvü Ziyafət Hüseynli bu haqda “Azadlıq”a məlumat verərək bildirib ki, Saatlı şəhər bələdiyyəsi belə bir toplantının keçirilməsinin mümkünsüz olduğunu deyib: “Ünvanladığımız müraciətə bələdiyyədən belə bir cavab veriblər ki, ”məktubunuz bələdiyyəyə qanunla müəyyən edilmiş müddətdən gec daxil olduğundan və təşkilatçılar tərəfindən əsaslandırılmadığından sözügedən müraciətinizdə qaldırılan məsələni təmin etmək mümkün olmadı”. Halbuki, biz yığıncaq üçün müraciəti vaxtında etmişik”.