Fransa Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazırdır

Fransa Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazırdır. Bunu Prezident Fransua Olland Fransada akkreditə olunmuş xarici ölkələrin səfirlərinin avqustun 27-də Yelisey sarayında keçirilən yığıncağında bəyan edib.

Ölkə başçısı bildirib ki, B.Əsəd rejiminin kimyəvi qırğın silahından istifadəsi cavabsız qala bilməz. Fransa kütləvi qırğına səbəb olan kimyəvi silahdan istifadəni qətiyyətlə pisləyir və Qərb dövlətlərinin Suriyaya hərbi müdaxiləyə dair fikirlərini tam dəstəkləyir.

F.Olland Suriyada yaranmış vəziyyətlə əlaqədar avqustun 28-də Yelisey sarayında müdafiə şurasının yığıncağını keçirəcəyini və bu haqda ölkə parlamentini məlumatlandıracağını bildirib.