TBMM-dən Suriya və Misir həmləsi

“Suriyada axan qan dayandırılmalıdır”

Türkiyə Böyük Millt Məclisinin rəhbəri Cəmil Çiçək Suriya və Misirlə bağlı təqribən 50 ölkənin parlamentlərində,eləcədə beynəlxalq təşkilatların parlament asambleyalarına məktub göndərib. Çiçək məktubunda Suriyada axan qanın dayandırılmalı olduğunu və Misirdə demokratiyaya keçirilməli olduğunu deyib.

“Hamımızı ümidləndirən müddətin önəmli maneələrlə qarşılaşdığı zamandan keçirik. Suriyada rejimin xalqın tələblərini qulaqardına vurduğunu və öz xalqına qarşı qanlı mübarizə apardığını görürük. 2011-ci ilin martından bu yana bu ölkədə minlərlə insan həyatını itirib. 5 milyona yaxın insan evlərini itirib.2 milyona yaxın suriyalı qonşu ölkələrə sığınıb”.

TBMM rəhbəri Misirdədə konsitutsiyanın tələblərinin pozulduğunu, insan haqları və azadlıqların tapdalandığını deyib. “Bu demokratiya tələbinə zərbə vurmaqdır. Suriya, Misirdə baş verənlər beynəlxalq təşkilatların səsizliyi qarşısında dahada cəsarətlənməməlidir. Demokratiya istəyinə qarşı beynəlxalq toplum tərəfindən ortaq və qərarlı bir mövqe nümayiş etdirməməsi təhlükəli nəticələrə səbəb ola bilər.

Parlamentlərimiz tarixi bir məsuliyyətə sahibdirlər. Demokratikləşməyə verəcəyimiz dəstək, yaranacaq demokratik rejimlərin yolunu açacaq, bununlada bölgənin demokratikləşmə cəhdlərini geri döndürülə bilməyəcək bir mərhələyə keçməsinə yol açacaq. Destəyimiz bölgədə eyni zamanda uzun vədəli sabitlik və sülhün təminatı olacaq” (ans press).