İlqar Məmmədovun namizədliyi təsdiqləndi

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş REAL Hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyi təsdiq edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.
MSK katibi Arifə Muxtarova bu barədə hüquqi əsasların olduğunu bildirib. Eyni zamanda İlqar Məmmədovun səlahiyyətli nümayəndələri də təsdiq edilib.
Qeyd edək ki, ötən iclasda İlqar Məmmədovun namizədlyinin təsdiq olunması üçün hüquqi əsasların olmadığı bildirilmişdi.