Rəsmi Tehranın sözçüsü qadın olacaq

İranın ilk qadın səfiri də olacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi postunu tərk edir. Onun yerinə kimin təyin olunacağı artıq bəllidir.

“Media forum” saytının məlumatına görə, Abbas Əraqçi avqustun 27-də jurnalistlərə deyib ki, rəsmi Tehranın sözçüsü vəzifəsinə bir xanım təyin olunub və həmin xanım vəzifəsinin icrasına gələn həftədən başlayacaq.

Bundan başqa ilk dəfə olaraq İranın xarici ölkələrdəki səfirliklərindən birinə xanım səfir də göndəriləcək.

Abbas Əraqçi onu əvəz edəcək xanımın adını və İranın ilk qadın səfirinin kimliyini açıqlamayıb.