ABŞ Suriyanı qanadlı raketlərlə vuracaq

ABŞ prezidenti Barak Obama Dəməşqdə kimyəvi silah işlətməyin cəzası kimi Suriyanı qanadlı raketlər vasitəsilə vurmaq imkanını nəzərdə keçirir. Bu haqda Amerikanın qəzetləri adlarının çəkilməsini istəməyən rəsmi şəxslərə istinadən yazıb. Belə zərbələr ABŞ-ın bu ölkədəki vətəndaş müharibəsinə qatılmasının qarşısını alacaq. “The Washington Post” qəzetinin yazdığına görə, belə hücum iki gündən artıq davam etməyəcək. Hücumda Suriyanın kimyəvi arsenalı ilə birbaşa bağlı olmayan hərbi obyektlərinə zərbələr nəzərdə tutulub. 

Əməliyyatın keçirilməsi vaxtına gəldikdə, qəzetin yazdığına görə, bu üç faktordan asılıdır: kəşfiyyat orqanlarının kimyəvi hücuma görə Suriya hakimiyyətinin günahının qiymətləndirilməsinə dair hesabatının yekunlaşdırılması, müttəfiqlərlə məsləhətləşmələr və hücumun beynəlxalq hüquqla əsaslandırılması. 

Böyük ehtimalla qanadlı raketlərin istifadəsi gəmilər və sualtı qayıqlardan atılacaq. 

azadlıq.info