Cəmil Həsənli seçki qərargahının rəhbərləri ilə görüşdü

Bu gün Müsavat Partiyasının qərargahında Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə onun seçki qərargahınıın rəhbərlərinin görüşü olub. Bu barədə mediaya Müsavat Partiyasının təşkilatı işlər üzrə şöbə müdiri Razim Əmiraslanlı məlumat verib.

Bildirilir ki, görüşdə professor Cəmil Həsənli, Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, AXCP Ali Məclisinin sədri Həsən Kərimov (onlar seçki qərargahının həmsədrləridir), Müsavat başqanının müavini Gülağa Aslanlı, AXCP sədrinin müavini Gözəl Bayramlı iştirak ediblər.

Görüşdə seçki qərargahının qarşısında duran vəzifələri, təbliğat-təşviqat kampaniyasına hazırlıq və cari işlər müzakirə edilib.