Budəfəki seçkiləri ölkəyə kafel-metlax gətirənlər keçirəcək…
Tikinti biznesində fəaliyyət göstərən və bir sıra xarici ölkələrdən, əsasən də Iran və Türkiyədən inşaat materialları gətirən bir neçə sahibkar “moderator.az”a maraqlı məlumat verib. Onlar bildiriblər ki, MSK seçkilərə rəsmi start verən gündən etibarən ölkənin bütün sərhəd-keçid məntəqələrindəki gömrük postları da “seçki hazırlıqları”na start verib.
Ölkəyə gətirilən əsasən santexnika avadanlıqları və kafel-metlaxın qiymətlərində, daha doğrusu, gömrük rüsumlarında 20-40 faizlik artım müşahidə olunub. Bu gözlənilməz “şapka”nın hansı səbəbdən alındığını soruşan sahibkarlara cavab verən gömrük rəsmiləri bunu seçkilərlə əlaqələndiriblər və bildiriblər ki, bu, yuxarının göstərişidir.
Sahibkarlar daÿ”yuxarılar”dan soruşmaq istəyirlər ki, doğrudanmı, onlardan alınan əlavə 30-40 faizlik “haqq” seçkilərin “şəffaf və demokratik” keçirilməsinə sərf ediləcək?..