Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının rəhbərləri məlum olub. Qərargaha Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı və AXCP Ali Məclisinin sədri Həsən Kərimov rəhbərlik edəcək.
C.Həsənli seçki qərargahının rəhbərlərinin mövqe və fikirləri zaman-zaman bir-birinə zidd olan iki partiyadan təyin olması faktını “Azadlıq” radiosuna açıqlamasında belə şərh edib: “Biz o fikirdə deyilik ki, seçki fəaliyyətini bu iki partiya aparacaq. Hər iki partiyanın seçki proseslərində təcrübəsi var. Bu insanların seçki qərargahına rəhbərlik etmələrini uğurlu sayıram. Milli Şurada olan ziyalılar, gənclər və digər partiya üzvləri də seçki proseslərində fəal iştirak edəcəklər”.