Moskva Əsədi müdafiə etməyəcək

Lavrov: “Rusiya Suriyaya görə heç kimlə vuruşmayacaq”

“Rusiya Suriyaya görə heç kimlə vuruşmayacaq”.  Musavat.com-un xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz heç kimlə döyüşməyə hazırlaşmırıq”. Bu sözləri nazir “Qərb ölkələri Suriyaya zərbə endirərsə, Rusiyanın addımları nədən ibarət olacaq” sualına cavab olaraq söyləyib.

XİN rəhbəri onu da bildirib ki, Suriyaya qarşı “İraq ssenarisi” artıq işə düşüb.