Analoqu olmayan inkişaf başqa hansı ölkədə var?

Facebook-un ayağı düşərlidir. Doğrudan da onda inqilab havası var. Onun vasitəsilə xaricdə yaşayan dostlarıma yumurtanın qiyməti ilə bağlı sual verdim, cavabları da dərc etdim. Bəlli oldu ki, dünyanın ən bahalı yumurtası bizdədir. Bundan sonra Ilham Əliyev yumurta haqda danışdı. FB-reportajlarımı davam etdirmək fikrindəyəm. Bu dəfə sualım ANALOQU OLMAYAN INKIŞAF kəlməsi barədədir… Xarici ölkələrdə belə kəlmə eşidirlərmi? Bizdəki ANALOQU OLMAYAN INKIŞAF oradan görünürmü və necə görünür?

Şaiq Cəfərzadə, Yaponiya:

“Iqtisadiyyatımızın vəziyyəti pisdir. Iqtisadi inkişaf irəliləmir”. Bu sözü hər yerdə, hər bir yapondan eşidirəm. Belə söz istifadə etmirlər. Analoq sözü isə dicital sözü ilə əvəzlənib”.

Fuad Qulubəyli, Fransa:

“8 ildir Fransada yaşayıram, burda belə kəlmə eşitməmişəm. Televiziyalarda, radiolarda hər gün debatlar gedir, qəzetlər, jurnallar yazır, əksər hallarda iqtidar və prezident Sarkozi tənqid olunur. Amma bir iqtidar funksionerindən 8 ildə belə bir kəlmə eşitmədim. Əksinə, bir çox hallarda iqtidar və ölkə başçısı özü Fransa iqtisadiyyatındakı mənfi halları etiraf edir. ANALOQU OLMAYAN INKIŞAF sözü normal, sivil, demokratik cəmiyyətlər üçün yaddır və hətta təhqiredici sayılır. Fransada iqtidar partiyasının üzvü belə bir kəlmə işlətsə, bütün cəmiyyət onu gülüş obyektinə çevirər”.

Leyla Həsənova, Türkiyə:

“Benzeri görünmeyen gelişim” deyə kinayə eşitmişəm Ərdoğanın ünvanına, solçu arkadaşlardan, sonra da küfr ediblər”…

Isa Yusifli, Niderland:

“Niderland adambaşına gəlirə görə Avropada 7-ci, ümummilli gəlir hasilatına görə isə dünyada 23-cü yerdədir. Işsizlik 5 faizdir. Eksport 537 milyard avro, import 490 milyard avro təşkil. Inflyasiya 0,2 faizdir. Amma ölkənin iqtisadiyyatından heç kim razı deyil. Müxalifət, iqtidar – hamı pisləyir. O kəlməyə burada gülərlər”…

Sərdar Ağayev, Isveç:

“Şahvələd bey, ”ANALOQU OLMAYAN INKIŞAF” kəlməsi burada anormal qarşılanar. Isveçdə normal cəmiyyət və normal dövlət olduğundan, hər şeyin bir analoqu, əvəzedicisi olması qəbul edilir. Isveçdə qəbul olunub ki, anormal rejimlər özlərini qorumaq üçün anormal üsul-idarələrdən, anormal söz birləşməsindən və anormal məmurlardan istifadə edir. Buradan baxanda Azərbaycan hər mənada anormal görünür”.

Ataxan Əbilov, Niderland:

“Niderlandda bütün ölkəyə yayımlanan 3 ictimai TV var, hər gün müzakirələr keçirilir. Tez-tez baş nazir və nazirlər dəvət edilir. Çıxışlarda inkişafdan və tərifdən söhbət getmir, düzdür, rəqəmlər müqayisə edilir. Mövcud vəziyyət real arqumentlərlə təhlil və tənqid edilir. Düzü, sualınız bir az məni diksindirdi”…

Ramilə Zeynalova, Rusiya:

“Azərbaycan TV kanallarında ANALOQU OLMAYAN INKIŞAFA inanırdım. FB vasitəsi ilə vəziyyətin nə yerdə olduğunu anladım. Xalq işsizdir, adamlar rüşvətlə varlanır. Rusiya Azərbaycandan geri qalmayıb. Vəziyyət eynidir. Zahiri gözəlliyə ruslar ”otmıvanie denqi” deyirlər. Hündür, yaraşıqlı binalar, gözəl parklar və s. buna misaldır”.

Məcid Mərcanlı, Istanbul:

“3 ildir burdayam, Türkiyədə iqtisadi vəziyyət çox yaxşılaşıb. Amma hakimiyyət bunu ANALOQU OLMAYAN INKIŞAF kimi yox, gördüyü iş kimi dilləndirir. Burda ANALOQU OLMAYAN IQTISADI INKIŞAF söhbəti getmir”…
Hicran Qurbanlı, Sankt-Peterburq:
“Bu ifadə çox güman ki, yalnız Azərbaycandadır. Bir neçə il qabaq AzTV-yə baxan soydaşlarımız bu analoqsuz inkişafa necə inanmışdısa, kütləvi şəkildə Vətənə qayıtmağa başlamışdılar. Amma çox keçmədi yenidən Rusiyaya döndülər”…

Zeynəb Bəşirbəyli:

“Analoqu olmayan ədalətsizlik var əslində”…
Mübariz S.Əzimli, Isveç:

“Son 5 il ərzində Isveçdə sağ partiyaların iqtidarıdır. 9 milyon əhalisi olan, heç bir təbii sərvəti, nefti-qazı olmayan balaca bir dövlətdə orta təqaüd 1000 avrodur.
Sadəcə, xəcalət çəkirəm”…