REAL Hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədovun vəkili və səlahiyyətli nümayəndəsi Xalid Bağırov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Bu barədə REAL-ın mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, MSK İlqar Məmmədovun müraciətinə baxaraq əsassız qərar qəbul edib. Buna görə də REAL sədrinin nümayəndəsi qanunsuz qərarla bağlı MSK-nı məhkəməyə verib.
MSK İlqar Məmmədovun sənədlərinin qəbulu müddətini uzadıb. Buna səbəb kimi isə İ. Məmmədovun sənədlərdə təcridxananın möhürünün olmaması əsas gətirilib.