“Biz seçki məsələlərinə qarşımırıq”
Qəzetimizin bugünki sayında Gəncə şəhərində icra hakimiyyətinin göstərişi ilə büdcə təşkilatlarında çalışanlardan şəxsiyyət vəsiqələrinin yığıldığı barədə məlumat dərc etmişik. Məlumatda Gəncə icra hakimiyyətinin bu əmrinə tabe olmayanların işdən çıxarılma ilə hədələndiyi qeyd olunub.
Gəncə şəhər icra hakimiyyətinin mətbuat xidmətindən redaksiyamızla əlaqə saxlayaraq, məlumatın doğru olmadığını deyiblər. «Nə icra hakimiyyəti, nə də başqa bir qurum tərəfindən Gəncə şəhərində büdcədən maliyələşən təşkilatlarda çalışanlardan şəxsiyyət vəsiqələrinin yığılması ilə bağlı heç bir göstəriş verilməyib. Əslində bu fikrin məntiqi əsası da yoxdur. Yığılan şəxsiyyət vəsiqələri ilə nə iş görmək olar? Gəncə icra hakimiyyəti ümumiyyətlə seçki məsələlərinə qarşımır», – deyə Gəncə İH mətbuat xidmətindən bildiriblər.
Xəyal