Gəncədə şəxsiyyət vəsiqələri yığılır

Hakimiyyət yenə də öz ənənəsinə sadiq qalaraq seçki prosesinə “hazırlaşmaqdadır”. Gəncə şəhərindən redaksiyamıza daxil olan məlumata görə, icra hakimiyyətinin göstərişi ilə büdcə təşkilatlarında çalışanlardan şəxsiyyət vərəqələrinin yığılması prosesinə başladılıb.

Orta ümumtəhsil, Ali məktəblərdə çalışan müəllim heyəti, idarə və müəssisələrdə çalışanlara şəxsiyyət vəsiqələrini qısa müddət ərzində rəhbərliyə təqdim etmək göstərişi verilib. Bu göstərişə riayət etməyənlər isə işdən çıxarılacağı ilə hədələnir. Hətta şəxsiyyət vəsiqələrini təqdim edən şəxslərə seçki günü səsverməyə gəlmələrinə ehtiyac olmadığı bildirilib.

Onu da qeyd edək ki, büdcə təşkilatında çalışanlardan şəxsiyyət vəsiqələrinin yığılması prosesinə paytaxtın bir sıra rayonlarında da başladılıb.

Hikmət