Rusiyanın Azərbaycanda hərbi mövcudluğu reallaşa bilər

“Rusiya neftinin Bakı-Novorossiysk boru kəməri ilə axıdılması və Bakı-Tbilisi-Ceyhan kəmərilə nəqli Rusiya-Azərbaycan münasibətlərində irəliləyiş deməkdir”.

Bunu “Regnum” agentliyinə açıqlamasında MDB dövlətləri institutunun eksperti Mixail Aleksandrov deyib. Onun sözlərinə görə, Putinin Bakıya son səfəri zamanı “Rosneft” və ARDNŞ arasında imzalanan əməkdaşlıq sazişi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın səviyyəsinin ciddi artımından xəbər verir.

Rusiya prezidentinin səfəri ərəfəsində ekspert enerji məsələləri və şimal qonşumuzun Azərbaycanda hərbi mövcudluğu məsələlərinin əsas müzakirə predmeti olacağını iddia edirdi. Enerji əməkdaşlığına dair proqnoz özünü tam doğrultdu.ÿ

Rusiyalı politoloq Qərbin bu sahədə Moskvaya müəyyən güzəştlərə gedə biləcəyini də istisna etmir. Proseslərin bu cür inkişafı isə iqtisadi sahədə əməkdaşlıqla yanaşı, Rusiyanın ölkəmizdə hərbi mövcudluğunu da əlavə edə bilər.