Yolsuzluq avtomobili olan Nissan Patrol ağır çəkini yedəkə almaqla Ginnesin rekordlar kitabına düşüb. Birləşmiş Ərəb Əmirliklərinin Çarja hava limanında 5,6 litr həcmli V8 mühərrikli avtomobil 170,9 tonluk təyyarəni 50 metr çəkə bilib. Bununla da Nissan Patrol 2007-ci ildə V10 dizel mühərrikli Volkswagen Touareg-in müəyyənləşdirdiyi rekorddan 15 ton çoxdur.
azadlıq.info