Məhəmməd Talıblı
Milli Şura ən doğru qərarın verə bildi. Bu qərarın və vahid namizədin üstünlükləri nədən ibarətdir? Milli Şuranın vahid namizədinə sıravi Azərbaycan vətəndaşı nə üçün səs verməlidir? Onu necə xarakterizə etmək olar və s.
Cəmil Həsənli şəxsən çoxsaylı görüşlərdə, xarici səfərlərdə daha yaxından yaddaşımda belə qalıb:
– Cəmil bəy dar siyasi maraqların daşıyıcısı deyil, siyasi kompromis tərəfdarıdır.
– Cəmil bəy siyasətdə yad isim deyil, böyük siyasətin subyekti olub.
– Cəmil bəy intellektual elita üçün təsadüfi birisi deyil, elmdə öz sözün demiş alimdir.
– Cəmil bəy milli dəyərlərdən uzaq kosmopolit simbioz deyil, milli azadlıq hərəkatının layiqli iştirakçısıdır.
– Cəmil bəy idarəetmədə səriştəsiz deyil, 10 il parlamentin üzvü və prezidentin müşaviri təcrübəsi var.
– Cəmil bəy uca səslə patriot şüarlar deyib, emosiya dalğasında özünü bizlərə sırıyan birisi olmayıb, hər turlu prinsipisizliyə nəzakətli “yox” deməyi bacaran ləyaqətli şəxsiyyətdir.
– Cəmil bəy beynəlxalq qurumlar üçün təsadüfi persona deyil, beynəlxalq dairələrdə çoxsaylı simposiumların spikeri və dərin fikir adamı kimi özünü təsdiq edib.
– Cəmil bəy rüşvət məngənəsində buxovlanmış sıravi universitet müəllimi deyil, 10 minlərlə mühüm vəzifədə çalışanların əli təmiz müəllimi kimi ad qazanıb.
– Cəmil bəy siyasətçilərin ona dərs keçməsinə imkan verən ictimai xadim deyil, siyasətşünasların stolüstü dərsliklərinin müəllifidir.
– Cəmil bəy sovet adamı və rus təfəkkürlü birisi deyil, Qərbə inteqrasiya və Avropa dəyərlərinə xüsusi münasibəti ilə seçilən şəxsiyyətdir.
Bir sözlə, Cəmil Həsənli hamının- xalqın namizədidir.