İki avtobus toqquşdu: 3 yaralı

İki avtobus və bir mikroavtobusun iştirakı ilə zəncirvari qəza baş verib, yaralananlar var.

APA-nın verdiyi xəbərə görə, Bakı-Quba avtomobil magistralında, Ceyranbatan qəsəbəsi yaxınlığında, 90 JD 069 dövlət qeydiyyat nömrәli “Hyundai” markalı avtobus, 90 NL 069 nömrәli “Mercedes” markalı avtobus vә 90 BN 037 nömrәli “Ford” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində bir neçә nәfәr xәsarәt alıb, yaralılardan 2-i xәstәxanaya aparılıb. “Hyundai” markalı avtobus  Sumqayıta sәrnişin daşıyırmış.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Ford” markalı minik avtomobili olub. Yol polisi “Ford” markalı minik avtomobilini təqib edərkən, sonuncusu qəza şəraiti yaradıb. Nəticədə, “Ford” markalı mikroavtobus qəfil dayanmağa məcbur olub. Bu zaman arxadan gələn “Mercedes” markalı avtobusun “Ford” markalı mikroavtobusla, “Hyundai” markalı avtobusun isə “Mercedes”lə toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Faktla bağlı araşdırma aparılır. Hadisə yerində olan Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqiAPA-nın müxbirinə bildirib ki, qəzanın səbəbləri və yol polisinin “Ford” markalı minik avtomobili təqib etməsi xəbəri araşdırılır.