Rusiyanın Azərbaycanda hərbi mövcudluğu reallaşa bilər

Rusiya neftinin Bakı-Novorosiysk boru kəməri ilə axıdılması və BTC kəməri ilə nəqli Rusiya-Azərbaycan münasibətlərində irəliləyiş deməkdir. Bunu Regnum agentliyinə açıqlamasında MDB dövlətləri institutunun eksperti Mixail Aleksandrov deyib. Onun sözlərinə görə, Putinin Bakıya son səfəri zamanı «Rosneft» və ARDNŞ arasında imzalanan əməkdaşlıq sazişi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın səviyyəsinin ciddi artımından xəbər verir. 

Rusiya prezidentinin səfəri ərəfəsində ekspert enerji məsələləri və şimal qonşunun Azərbaycanda hərbi mövcudluğu məsələlərin əsas müzakirə predmeti olacağını iddia edirdi. Enerji əməkdaşlığına dair proqnoz özünü tam doğrultdu. 

Rusiyalı politoloq Qərbin bu sahədə Moskvaya müəyyən güzəştlərə gedə biləcəyini də istisna etmir. Proseslərin bu cür inkişafı isə iqtisadi sahədə əməkdaşlıqla yanaşı Rusiyanın ölkəmizdə hərbi mövcudluğunu da əlavə edə bilər.

azadlıq.info