Prezident Niksonun kitabxanasının açıqlanan arxiv audiyazıları ABŞ-ın 37-ci prezidentinin yəhudilərə etibar etmədiyini göstərir. Nikson iddia edirdi ki, yəhudilər özlərini ilk növbədə xalqının övladı, sonra Amerika vətəndaşı hesab edir.
1973-cü ildə dövlət katibi Henri Kissincerlə telefon danışığında Nikson yəhudilərin yüksək səviyyəli Amerika-SSRİ sammitini pozmaq istədiklərindən narahatçılıq ifadə edib: «Əgər onlar sammitin işini pozsa, 80 milyon insan qarşısında bütün günahı onların üstünə qoyacam». Yəhudi olan Kissincer isə prezidentin mövqeyi ilə tam razılaşıb.
Arxiv materiallarında Niksonun yəhudilərə nifrətini təsdiq edən daha bir ifadəyə rast gəlmək olur: «Antisemit adlandırılacağım məni narahat etmir. Onlar yəhudi maraqlarını Amerikanın maraqlarından üstün tuturlar. Baxmayaraq ki, hər bir yəhudi ilk növbədə amerikalı, daha sonra isə yəhudi olduğunu anlamalıdır».
Niksonun yəhudilərlə yanaşı qaradərililərələ də rəğbətinin olmadığı məlum olub.
azadlıq.info