Bu gün səhər saat 09:00 radələrində Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu yanıb.
Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan-Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobus qəfil alovlanıb. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər 2 nəfəri alovun içindən çıxarıb. 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Avtobusun yanması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. ANS PRESS-in məlumatına görə, avtobusun yanması nəticəsində 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımv xəsarət alıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Yanğının digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb və söndürülüb.
Bakıda sərnişin avtobusu yandı: 2 nəfər alov içində qaldı
•