Cəbhəçi gənci şərləyən Türkiyədə nə işlə məşğuldur? (SƏNƏD)

Bir müddət öncə AXCP üzvü Dəyanət Babayevin işində zərərçəkmiş qismində adı keçən Tofiq Səlimovun  məhkəmədən yayınaraq Türkiyəyə qaçdığı haqda məlumat yayılmışdı. Avropa.info yaydığı bu məlumatın təsdiqləndiyini bildirir. Belə ki, Tofiq Səlimov Nəsimi rayon məhkəməsinə məktub göndərərək hazırda Türkiyədə olduğunu və burada işlədiyini, buna görə də məhkəmə iclaslarına qatıla bilmədiyini yazıb.
Səlimovun məktubunun surətini də təqdim edən sayt iddia edir ki, D.Babayevi şərləyən bu adam haqqında daha bir maraqlı məlumat əldə edib – o, qadın alvrilə məşğuldur. “Onun bu işlə bağlı olan böyük bir şəbəkə ilə işlədiyi bildirilir. Zərərçəkmişin  hazırda Türkiyədə də  qadın alveri ilə aktiv şəkildə məşğul olduğu deyilir”, – deyə sayt məlumat verir.
Xatırladaq ki, Dəyanət Babayev Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə ittiham edilir.