D-18 hərəkatının Ukrayna təmsilçisi olan Umud Abdullayev avqust ayının 19-da Mingəçevir şəhərində polis tərəfindən saxlanılıb.
Gənc fəal Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsilə saxlanılıb və 2 ay müddətinə həbs edilib. U.Abdullayevin işini aparan müstəntiq Mehman Şükürov verdiyi məlumata görə, U.Abdullayevin işi məhkəməyə verilib və barəsində həbs qətimkan tədbiri seçilib. Təşkilatın üzvlərinin verdiyi məlumata görə, Umud Abdullayev siyasi fikirlərinə, hakimiyyəti tənqid etdiyinə görə həbs olunub.
Xatırladaq ki, Umud Abdullayev Facebook-da “Azərbaycan Bozqurdları” səhifəsinin adminidir. Sosial şəbəkələrin fəal istifadəçisidir.
Daha bir gənc fəal həbs olundu
•