Misir xalqına göstərilən humanitar yardım davam etdirəcək
Bu gün Brüsseldə Avropa Birliyi (AB) xarici işlər nazirlərin növbəti toplantısı keçirilib. Qərara alınıb ki, Avropadan Misirə tədarük olunan silah və hərbi sursatın satışı dayandırılsın. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıda AB üzv ölkələri eyni zamanda Misirə hərbi təhsil, maliyyə və təhlükəsizlik sahəsində göstərilən yardımların da dayandırılması məsələsilə bağlı ümumi razılığa gəliblər.
Buna baxmayaraq, AB üzv ölkələri yardıma ehtiyacı olan Misir xalqına humanitar yardımlarını bundan sonar da davam etdirəcək.
Xarici işlər nazirləri Misirdəki vəziyyətlə bağlı birgə bəyanat qəbul edərək baş verən hadisələri qınayıblar.