“Azadlıq.info”ya hücum şiddətlənib

“Azadlıq” qəzetinin saytına haker hücumları getdikcə kəskinləşməklə davam edir. Sayta hücumlar avqustun 22-i saat 22 radələrindən başlayaraq daha da şiddətlənib.

Serverin yerləşdiyi şirkətin mütəxəssislərinin verdiyi məlumata görə, bu dəfə hücumlar təxminən 4000 İP-dən təşkil olunub. Şirkətin bütün DNS serverləri DDOS və DNS reflection attack metodlarından istifadə edilən hücuma məruz qalıb. Nəticədə “azadlıq.info” və şirkətdə yerləşmiş başqa saytlar fəaliyyətlərində ciddi problemlərlə qarşılaşıblar. Mütəxəssislərin məlumatına görə, kiber hücumların miqyası bu dəfə daha genişdi. Şirkətin bütün serverlərində problemlər hal-hazırda yaranmaqdadır.

Xatırladaq ki, “azadliq.info”ya hücumlar bir həftədən çoxdur davam edir. Kəskin hücumlara baxmayaraq, saytımız hələ də fəlaiyyətini davam etdirməyi bacarır.