İraqdakı kürd muxtariyyətinin rəhbərliyi Suriyadan gələn qaçqınlara gün ərzində 3 min nəfər kvota qoyub. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Jumbe Omari Jumbe bildirir ki, buna baxmayaraq bazar ertəsi sərhəddi 5 min suriyalı keçib. BMT-nin məlumatına görə ötən cümə axşamından bu yana Suriyadan İraqa təxminən 30 min adam qaçıb.Onların əksəriyyəti kürdlərdir. Ümumilikdə isə 29 aylıq Suriya münaqişəsində ölkəni 2 milyona yaxın adam tərk edib.